Məlhəm Beynəlxalq Hospitalının direktoru, Azərbaycanın tanınmış qadın liderlərindən biri olan Sevda Əlizadə Türkiyədə keçirilən nüfuzlu “Girişimci Kadın Gücü Yarışması” mükafatlandırma mərasimində böyük uğur qazanıb.
E-saglam.az xəbər verir ki, o, “Sürətlə yüksələn marka” kateqoriyasında bütün türk dövlətləri arasında seçilərək bu mükafata layiq görülən ilk azərbaycanlı qadın olub.
Bu nailiyyət təkcə şəxsi uğur deyil, Azərbaycan qadınının liderlik potensialının və əməyinin beynəlxalq səviyyədə tanınması baxımından da önəmli hadisə kimi dəyərləndirilir.
Sevda Əlizadənin strateji idarəçiliyi, peşəkarlığı və Məlhəm komandası ilə birlikdə göstərdiyi fədakar fəaliyyət markanın inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi altında Məlhəmin gələcəkdə də beynəlxalq arenada yeni uğurlara imza atacağı gözlənilir.
E-saglam.az kollektivi adından Sevda xanımı təbrik edirik!