Qidalanma
Uşağınıza bu balığı əsla verməyin!
Qidalanma
13

Uşağınıza bu balığı əsla verməyin! Diyetoloq onu "zibil" adlandırdı

Diyetoloq Dr. Hanna Stolinska uşaqların ən çox sevdiyi hazır balıq məhsullarından birini sərt şəkildə tənqid edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, supermarketlərdə satılan məşhur balıq çubuqları (fish fingers) “qatqılarla dolu kalori bombası”dır və uşaqlara verilməsi düzgün deyil.

Dr. Stolinska bildirib ki, balıq sağlam protein, vitamin və Omeqa-3 mənbəyidir, lakin emal olunmuş balıq məhsulları bunun əksidir. O vurğulayıb ki:

“Uşaqlara balığı bu formada verməkdənsə, ümumiyyətlə verməmək daha yaxşıdır. Bu hazır çubuqlar tamamilə zibildir”.

Mütəxəssisin sözlərinə görə, balıq çubuqlarının tərkibində balıqdan daha çox un, duz, nişasta, şəkər, rəngləndirici və dad artırıcı maddələr olur. Qızardıldıqda isə məhsul kalori yükünə çevrilir — cəmi 100 qramlıq porsiya təxminən 280 kaloridir.

Daha sağlam seçim nədir?

Uzmanlar uşaqlar üçün daha az emal olunmuş, təmiz sulardan tutulan ağ balıq növlərini tövsiyə edirlər. Bu balıqlar həm qidalıdır, həm də daha təhlükəsiz seçim sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun