Mütəxəssislər xəbərdarlıq edirlər ki, dırnaq salonlarında müntəzəm olaraq edilən gel lak, akril və digər uzunmüddətli dırnaq prosedurları müəyyən hallarda xərçəng riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, səbəb isə həm istifadə olunan kimyəvi maddələr, həm də proses zamanı tətbiq olunan UV lampaların yaratdığı əlavə yükdür.
Dermatoloqların sözlərinə görə, gel lakı bərkitmək üçün istifadə edilən UV şüaları dərinin yaşlanmasını sürətləndirir və hüceyrələrdə mutasiyaların yaranmasına şərait yarada bilər. Bu isə uzun müddətdə dəri xərçəngi riskinin artmasına səbəb olur.
Bundan başqa, dırnaq materiallarında olan bəzi kimyəvi maddələr — formaldehid, toluen və metakrilatlar — tənəffüs və dəri yolu ilə orqanizmə daxil olaraq allergiya, iltihab, hətta hüceyrə zədələnməsi yarada bilər. Bu təsirlər illərlə mütəmadi prosedur etdikdə daha təhlükəli olur.
Həkimlər bildirirlər ki, təhlükəni minimuma endirmək üçün dırnaq prosedurlarını aralıqlarla etdirmək, UV lampa altında keçən vaxtı azaltmaq, keyfiyyətli materiallardan istifadə edən salonlara üstünlük vermək və prosedurdan əvvəl əllərə qoruyucu SPF krem çəkmək vacibdir.
Könül Oruc