51 yaşlı Kris Kirk səhər yeməyi vərdişi səbəbindən ciddi sağlamlıq problemi ilə üzləşib. Vaxt məhdudiyyəti səbəbindən hər səhər əlverişli bir seçim yediyi Kirk, bilmədən qaraciyərində ağır zədələnməyə yol açıb.
E-saglam.az xəbər verir ki, Kirk günə iki kasa dənli bitki ilə başlayırdı. Tezliklə əllərində və ayaqlarında qaşınma, daimi yorğunluq və yuxu problemləri müşahidə olundu. Qan analizləri onun qaraciyərinin zədələndiyini göstərdi. Əvvəlcə problem çəkisi ilə əlaqələndirilsə də, ətraflı testlər "yüksək ferritin səviyyəsi"ni ortaya çıxardı. Bu, bədəndə artıq dəmirin toplandığını göstərirdi.
Mütəxəssislər bildirdilər ki, Kirk hər səhər yediyi dənli bitkilərin tərkibindəki dəmir miqdarı qaraciyəri yığmağa vadar edir və bu da dəmir toksikliyi həddini aşır. Gündəlik dəmir ehtiyacını qarşılayan bu səhər yeməyi vərdişi zamanla orqan funksiyalarına ciddi zərər vermişdi.
Həkimlər xəbərdarlıq edirlər ki, hətta sağlam hesab olunan qidaların həddindən artıq istehlakı da orqanlara zərər verə bilər. Səhər yeməyində müxtəlif qidaları balanslı şəkildə seçmək və orqanizmin ehtiyacını nəzərə almaq vacibdir.
Kirkin hekayəsi göstərir ki, günün ən vacib yeməyi olan səhər yeməyi düzgün seçilmədikdə sağlamlıq üçün ciddi risk yarada bilər.
Tərcümə: Könül Oruc