Gözəllik-dəb
Bahalı kremləri geridə qoyur: Zərdəçal-bal maskasının təsiri
Gözəllik-dəb
71

Bahalı kremləri geridə qoyur: Zərdəçal-bal maskasının təsiri hər kəsi təəccübləndirir

Dəriyə qulluqda təbii vasitələrə maraq artdıqca zərdəçal və balın qarışığı yenidən populyar olub.

E-saglam.az xəbər verir ki, dermatoloqlar bildirirlər ki, bu maska dəridə həm sakitləşdirici təsir yaradır, həm də sızanaqların əmələ gəlmə sürətini azalda bilər. Zərdəçalın antibakterial xüsusiyyətləri dərinin səthində mikrobların çoxalmasını məhdudlaşdırır, bal isə dərini nəmləndirir və qıcıqlanmanı yumşaldır.

Mütəxəssislərə görə, zərdəçal-bal maskası xüsusilə yağlı və qarışıq dəri tipinə uyğun gəlir. Müntəzəm istifadə zamanı dəri tonunu bərabərləşdirdiyi, səthi sakitləşdirdiyi və daha parlaq görünüş yaratdığı müşahidə olunur. Maskanın hazırlanması isə son dərəcə sadədir: bir çay qaşığı zərdəçal bir çay qaşığı balla qarışdırılır, təmiz dəriyə nazik təbəqə şəklində çəkilir və 15 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.

Dermatoloqlar həftədə iki dəfə tətbiq olunmasını, prosedurdan sonra isə dəri tipinə uyğun nəmləndirici ilə baxımın tamamlanmasını tövsiyə edirlər. Müntəzəm istifadədə yumşaqlıq və yüngül parlaqlıq təsiri qısa müddətdə hiss edilə bilər.

Qeyd: Dərinizdə hər hansı həssaslıq varsa, öncədən həkimlə məsləhətləşməyiniz tövsiyə olunur. 

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun