Soyuqdəymə zamanı düzgün qidalanma sağalmanı sürətləndirə bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Natalya Qalan bildirib ki, bəzi məhsullar immuniteti gücləndirərək infeksiya ilə mübarizəni asanlaşdırır.
Onun sözlərinə görə, menyuya ilk növbədə sarımsaq əlavə edilməlidir. Sarımsağın antibakterial təsiri öskürəyi yüngülləşdirir, bəlğəmin çıxmasına kömək edir və tənəffüs yollarını rahatladır.
Oxşar xüsusiyyətlərə malik olan soğan da soyuqdəymə zamanı faydalıdır. Zəncəfil burun tutulmasını azaldır, nəfəsi açır və bəlğəmi nazikləşdirir. Qalan həmçinin immuniteti dəstəkləmək üçün kivi, yumurta və balqabağın gündəlik rasiona əlavə olunmasını məsləhət görür. Bu qidaların tərkibindəki vitamin və minerallar xəstəliyin daha tez geriləməsinə kömək edir.
Tərcümə: Könül Oruc