ABŞ-nin “Health & Nutrition Daily” jurnalı qış aylarında immuniteti gücləndirən ənənəvi qidaları qiymətləndirən icmalında beyran şorbasını xüsusi vurğulayıb.
E-saglam.az xəbər verir ki, ekspert rəylərinə əsaslanan hesabatda qeyd olunur ki, beyranın həftədə bir dəfə istehlakı qrip və soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, beyranda bol istifadə olunan sarımsaq güclü antibakterial maddə olan allisinlə zəngindir və bu birləşmə bədənin viruslara qarşı müqavimətini artırır.
Hesabatda həmçinin şorbanın əsas tərkibi olan ət və sümük bulyonunun kollagen, minerallar və immuniteti dəstəkləyən amin turşuları ilə zəngin olduğu qeyd edilir. Bu maddələr bədəni qış aylarında enerji ilə təmin edir və xəstəliklərlə mübarizəni asanlaşdırır.
İsti bibərin tənəffüs yollarını açması, seliyi təmizləməsi və tərləməni artıraraq toksinlərin bədəndən çıxmasına yardım etməsi də vurğulanıb.
Ekspertlərin yekun tövsiyəsinə görə, immunitetin güclənməsi üçün beyran şorbasını həftədə bir dəfə içmək kifayətdir.
Tərcümə: Könül Oruc