Xəstəliklər
Azərbaycanda vərəmə yoluxma
Xəstəliklər
8

Azərbaycanda vərəmə yoluxma azalıb?

Azərbaycanda vərəm xəstəliyinə yoluxma göstəricilərində azalma müşahidə olunur.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib.

Bildirilib ki, bu ilin ilk 10 ayı ərzində 1743 nəfərdə vərəm xəstəliyi aşkarlanıb. Ötən ilin eyni dövründə isə bu göstərici 2116 nəfər təşkil edib.

"Vərəmə qarşı profilaktik tədbirlərin gücləndirilməsi və erkən diaqnostika imkanlarının genişlənməsi bu azalmaya müsbət təsir göstərib", - məlumatda qeyd olunub.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun