Balıq, yüksək protein və omeqa-3 yağ turşuları ilə sağlam qida hesab edilir.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər bildirir ki, balıqla qazlı içkilərin, xüsusilə kolanın qəbulu mədənin turşu balansını poza bilər. Bu, həzmin çətinləşməsinə, ürəkbulanma, qaz və şişkinlik kimi narahatlıqlara səbəb olur.
Diyetoloqlar xüsusilə axşam yeməyində balıqla kola içməkdən çəkinməyi tövsiyə edirlər. Qazlı içkilərdəki şəkər və fosfor turşusu mədənin həzmini yavaşladır və qida maddələrinin udulmasını azaldır.
Qidalanma mütəxəssisləri balıqla birlikdə su, ayran və ya şəkərsiz limonad kimi yüngül, təbii içkiləri seçməyi məsləhət görür. Həmçinin tərəvəz qarnirləri mədənin sakit qalmasına və həzm prosesinə kömək edir. Bu üsullarla balığın faydalarını maksimum dərəcədə əldə etmək mümkündür.
Tərcümə: Könül Oruc