Əməkdar artist Vahid Əliyev vəfat edib.
E-saglam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O qeyd edib ki, Vahid Əliyev uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.