Qidalanma
Diyetoloq toyuğun ən sağlam
Qidalanma
65

Diyetoloq toyuğun ən sağlam hissəsini açıqlayıb

Həkim toyuq döşünün ən sağlam ət hissəsi olduğuna dair inamı təkzib edib.

E-saglam.az xəbər verir ki, diyetoloq Katie Druckfordun sözlərinə görə, ən faydalı hissə toyuğun döşünün altındakı tenderloin adlanan nazik ət parçasıdır.

Mütəxəssis izah edir ki, bu hissə həm daha yumşaq, həm də daha şirəlidir. Üstəlik, tərkibində yağ az olduğu üçün quru döş ətindən fərqli olaraq daha dadlı olur.

Tenderloinin qida dəyəri də çox yüksəkdir: 100 qramında cəmi 110 kalori, 25 qram protein və təxminən 1 qram yağ var. Kiçik ölçüdə olduğuna görə tez bişir və salatlara, makaronlara və digər yeməklərə əlavə etmək üçün idealdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun