Xəbərlər
1 il davam edən öskürəyinin səbəbi
Xəbərlər
172

1 il davam edən öskürəyinin səbəbi balqabaq tumu çıxdı

Malatyada bir xəstə təxminən bir il yarım davam edən öskürək problemi səbəbilə xəstəxanaya müraciət edib.

E-saglam.az xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində xəstənin uzunmüddətli öskürəyinə səbəb ağciyərlərinə düşmüş bir balqabaq toxumu olub.

Battalgazi Dövlət Xəstəxanasına müraciət edən A.T. adlı pasiyent, uzun müddətdir kəsilməyən, quru öskürəkdən əziyyət çəkdiyini bildirib. Həkimlər tərəfindən aparılan bronxoskopiya zamanı yad cismin tənəffüs yollarında ilişib qaldığı müəyyən edilib və uğurla çıxarılıb.

Əməliyyatdan sonra xəstənin öskürəyi tamamilə aradan qalxıb. Təxminən 18 ay bu vəziyyətlə yaşadığını deyən A.T., nəhayət rahat nəfəs ala bildiyi üçün həkimlərinə və xəstəxana personalına minnətdarlığını ifadə edib.

Məsələ ilə bağlı danışan Dr. Ömer Emre Aşkın, belə halların nadir olmadığını vurğulayaraq bildirib:

"Uzunmüddətli öskürəyin bir çox fərqli səbəbi ola bilər. Bəzən tənəffüs yollarına yapışan və fərqinə varılmayan yad cisimlər də xroniki öskürəyə yol aça bilər."

Beləliklə, bu hadisə bir daha göstərib ki, davamlı öskürək əlaməti yarandıqda səbəbi dəqiqləşdirmək üçün həkim müayinəsindən keçmək olduqca vacibdir.

Milli.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun