Sağlamlıq
Uzman xəbərdarlıq etdi: Susuz bədən beyni
Sağlamlıq
103

Uzman xəbərdarlıq etdi: Susuz bədən beyni stresə daha açıq edir

Biruni Universiteti Tibb Fakültəsi Uşaq və Yeniyetmə Psixiatrisi mütəxəssisi Dr. Günay Budagova bildirib ki, kifayət qədər su içməmək beyin və digər orqanların işləməsini pozur, stress hormonunun (kortizol) səviyyəsini yüksəldir və xoşbəxtlik hormonlarının istehsalını azaldır. Bu isə narahatlıq, əsəbilik və huzursuzluq hissinə səbəb olur.

E-saglam.az xəbər verir ki, İngiltərədə aparılan tədqiqat göstərir ki, az su içən insanlar stresə daha həssasdır və kortizol səviyyəsi yüksək olur. Dr. Budagova əlavə edir ki, isti havalarda, xəstəlikdən sonra bərpa dövründə və hamiləlikdə su istehlakı artırılmalıdır.

Az su qəbulunun diqqət, yaddaş, öyrənmə və qərar vermə qabiliyyətinə mənfi təsir etdiyini vurğulayan mütəxəssis, kişilərin gündə 2,5 litr, qadınların isə 2 litr su içməsini tövsiyə edir.

Qeyd edək ki, su çatışmazlığı hormonal balansı pozur, beyin funksiyalarını zəiflədir və stressə qarşı həssaslığı artırır. Gün ərzində kifayət qədər su içmək həm fiziki, həm də zehni sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun