Sağlamlıq
Niyə xoruldayırıq? Mütəxəssislər səbəbləri və
Sağlamlıq
87

Niyə xoruldayırıq? Mütəxəssislər səbəbləri və çıxış yollarını açıqlayıb

Xoruldama bir çox insan üçün həm narahatlıq yaradan, həm də yuxu keyfiyyətini pozan problemdir.

E-saglam.az xəbər verir ki, həkimlər bildirirlər ki, xoruldama tənəffüs yollarının yuxu zamanı daralması nəticəsində yaranır və həm kişilərdə, həm də qadınlarda müşahidə oluna bilər.

Terapevtlərin sözlərinə görə, xoruldamanın əsas səbəblərinə artıq çəki, burun tutulması, allergiya, siqaret çəkmə və arxası üstə yatmaq kimi vərdişlər daxildir. Bu zaman hava axını məhdudlaşır, yumşaq damaq və udlaq titrəyir, nəticədə xarakterik səs yaranır.

Mütəxəssislər bildirirlər ki, xoruldamanı azaltmaq üçün arıqlamaq, yatmazdan əvvəl spirt və ağır yeməklərdən uzaq durmaq, həmçinin yan tərəfdə yatmaq tövsiyə olunur. Burun tıxanıqlığı davamlı olduqda isə həkimə müraciət edilməlidir.

Bəzi hallarda xoruldama ciddi yuxu pozğunluğu — yuxu apnesinin əlaməti ola bilər. Bu vəziyyətdə nəfəsalma yuxu zamanı qısa müddətli dayanır və orqanizmdə oksigen çatışmazlığı yaranır. Uzunmüddətli yuxu apnesi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun