Faydalı
 Ütü və buxar maşınında su istifadəsi ilə
Faydalı
89

Ütü və buxar maşınında su istifadəsi ilə bağlı xəbərdarlıq

RTU MIREA-nın professoru Aleksey Yurasov rusiyalılara ütü və buxar maşınlarında yalnız təmiz və ya distillə edilmiş sudan istifadə etmələrini tövsiyə edib.

E-saglam.az xəbər verir ki, o bildirib ki, kran suyu və qaynadılmış su cihazlarda lövhə əmələ gətirərək işini pisləşdirə və avadanlığı sıradan çıxara bilər. Professor Yurasov izah edib ki, kran suyunda kalsium və maqnezium duzları kimi minerallar cihazda çöküntü yaradır. Qaynadılmış su isə bakteriyaları məhv etsə də, mineralları aradan qaldırmır və onların konsentrasiyasını artıraraq lövhə yaranması riskini yüksəldir.

Ekspertin sözlərinə görə, təmizlənmiş su xüsusi filtrlərdən keçərək zərərli maddələri azaldır, distillə edilmiş su isə buxarlanma yolu ilə bütün mineralları təmizləyir. Bu, ütü və buxar maşınlarının ömrünü uzadır və nasazlıq riskini minimuma endirir.

Yurasov həmçinin etibarlı istehsalçılardan məhsul seçməyin vacibliyini vurğulayıb, aşağı keyfiyyətli modellərin nasazlıq və fövqəladə hallar riskini artırdığını qeyd edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun