Tibbi xəbərlər
Çində inqilabi kəşf: sınmış sümüklər yapışdırıcı ilə
Tibbi xəbərlər
150

Çində inqilabi kəşf: sınmış sümüklər yapışdırıcı ilə müalicə ediləcək

Çində bir tədqiqat qrupu sümük qırıqlarının metal plitələr və vintlər olmadan, böyük əməliyyatlara ehtiyac olmadan bərpasını təmin edən yeni tibbi yapışdırıcı hazırladıqlarını açıqlayıb.

E-saglam.az  "NTV"yə istinadən xəbər verir ki, “Bone-02” adlanan bu xüsusi yapışdırıcı, istiridyələrin dəniz altında səthlərə yapışma mexanizmasından ilhamlanaraq hazırlanıb və dünya miqyasında böyük maraq doğurub. Media və sosial şəbəkələr bu kəşfi “möcüzə yapışdırıcı” kimi təqdim edib.

Kəşf Zhejiang Universiteti Tibb Fakültəsi, Sir Run Run Shaw Xəstəxanası Ortopediya Bölümündən professor Fan Shunwu və baş həkim müavini Lin Xianfeng rəhbərliyindəki bir qrup tərəfindən həyata keçirilib. Universitetin açıqlaması tədqiqatın həqiqətən aparıldığını təsdiqləyir, lakin klinik sınaqlar hələ tam başa çatmayıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun