Tibbi xəbərlər
Dünyada ilk: Hepatit B üçün PCR qədər həssas sürətli
Tibbi xəbərlər
115

Dünyada ilk: Hepatit B üçün PCR qədər həssas sürətli test təsdiqləndi

Dünyada ilk dəfə hepatit B virusunun diaqnostikası üçün sürətli test qeydiyyata alınıb. Bu test həssaslığına görə PCR metodu ilə müqayisə edilə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) yayıb.

Qurumun epidemiologiya sahəsindəki alimləri dünyada ilk dəfə izotermal amplifikasiyaya əsaslanan (LAMP – Loop Mediated Isothermal Amplification) hepatit B virusunun diaqnostikası üçün sürətli test hazırlayıblar.

Məlumatda qeyd olunur ki, yeni testin həssaslığı PCR metodu ilə eynidir, lakin virusun olub-olmadığını cəmi 25–30 dəqiqə ərzində müəyyən etməyə imkan verir. Bu isə ənənəvi metodlarla müqayisədə diaqnostika prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Test hepatit B-ni tez və dəqiq şəkildə aşkarlamağa imkan verir ki, bu da xəstələrin vaxtında müəyyənləşdirilməsi, müalicənin başlanması və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun