Xəbərlər
BMU və Tibbi Profilaktika İnstitutu əməkdaşlıq memorandumu imzalayıb -
Xəbərlər
125

BMU və Tibbi Profilaktika İnstitutu əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR

V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

E-saglam.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında elmi, tədris və praktiki fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi BMU-nun rektoru, professor Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev imzalayıblar. Memorandum elmi-tədqiqat və tədris sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini, tələbələrin institutda təcrübə proqramlarına cəlb olunmasını və maarifləndirici layihələrin icrasını nəzərdə tutur.

Tədbirdə çıxış edən professor Yaqub Piriyev bildirib ki, bu əməkdaşlıq elmi potensialın gücləndirilməsinə və biotexnologiya sahəsində mütəxəssis hazırlığının təkmilləşdirilməsinə xidmət edəcək. O vurğulayıb ki, BMU-da “Biotexnologiya” ixtisası son illərdə böyük maraq doğurur və bu sahədə yaradılan yeni laboratoriyalar tələbələrin praktiki bacarıqlarını artırır.

Professor Adil Allahverdiyev isə qeyd edib ki, əməkdaşlıq həm elm, həm də tədris mühitində yeni imkanlar yaradacaq. Onun sözlərinə görə, tərəflər arasında qurulan əlaqələr gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, elmi tədqiqatların və innovativ yanaşmaların təşviqinə şərait yaradacaq. Bu əməkdaşlıq həmçinin ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına və müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Sonda memorandumdan irəli gələn istiqamətlər üzrə birgə fəaliyyət planı və gələcək layihələrin icra mexanizmləri müzakirə olunub.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun