Xəbərlər
Heyvanlarda yayılan dabaq xəstəliyinə Səhiyyə Nazirliyindən
Xəbərlər
112

Heyvanlarda yayılan dabaq xəstəliyinə Səhiyyə Nazirliyindən AÇIQLAMA

Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.

E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb:

"Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara, əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinməlidirlər".

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun