Sağlamlıq
 Baş ağrısını dərmansız aradan
Sağlamlıq
76

Baş ağrısını dərmansız aradan qaldırmağın yolları

Nevroloq Emad Estemalik bildirib ki, bəzi hallarda baş ağrısını dərman qəbul etmədən də aradan qaldırmaq mümkündür.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, soyuq kompres migreni, isti kompres isə gərginlik tipli baş ağrılarını azaltmağa kömək edir. Kiçik bir fincan qəhvə də rahatlama verə bilər, lakin həddindən artıq kofein qəbulundan uzaq durmaq lazımdır, çünki bu, əks təsir göstərə bilər.

Estemalik qeyd edib ki, məşq baş ağrısını azaltmağın ən yaxşı üsullarından biridir. O, yoga, üzgüçülük, gəzinti və boyun-çiyin dartınma məşqlərini tövsiyə edib.

Baş ağrısının qarşısını almaq üçün həkim düzgün qidalanmaya da diqqət çəkib – yağlı və işlənmiş qidalardan uzaq durmaq, əvəzində yüngül və maye ilə zəngin yeməklərə üstünlük vermək məsləhətdir.

Nevroloq həmçinin bədəndə su balansının qorunmasının vacibliyini vurğulayıb, çünki susuzluq baş ağrısına səbəb ola bilər. O, əlavə olaraq maqnezium, B2 vitamini və koenzim Q10 kimi əlavələrin faydalı ola biləcəyini, lakin bunların yalnız həkim məsləhəti ilə qəbul edilməsinin doğru olduğunu bildirib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun