Sağlamlıq
Zəif immunitetin
Sağlamlıq
16

Zəif immunitetin əsas simptomları

Zəif immunitet orqanizmin infeksiyalara və xəstəliklərə qarşı müqavimətini azaldır.

E-saglam.az xəbər verir ki, aşağıdakı əlamətlər immun sisteminin zəiflədiyini göstərə bilər:

1. Tez-tez xəstələnmə – soyuqdəymə, qrip, boğaz ağrısı və ya infeksiyaların təkrarlanması.

2. Daimi yorğunluq və halsızlıq - kifayət qədər yuxuya baxmayaraq enerjisizlik hissi.

3. Yavaş sağalma – yaraların, kəsiklərin və ya infeksiyaların uzun müddətdə sağalması.

4.  Allergiyaların artması – orqanizmin toz, polen və ya qidaya qarşı həssaslığının yüksəlməsi.

5. Həzm problemləri – tez-tez şişkinlik, ishal və ya qəbizlik; çünki immun hüceyrələrinin böyük hissəsi bağırsaqda yerləşir.

6. Dəri problemləri – sızanaqlar, iltihab, göbələk və ya uzunmüddətli səpkilər.

7. Bədən istiliyinin dəyişməsi – səbəbsiz qızdırma və ya titrətmə halları.

8. Tez-tez herpes və ya ağız yaraları – viruslara qarşı müqavimətin zəifləməsi.

Əgər bu simptomlardan bir neçəsi sizdə uzun müddətdir müşahidə olunursa, immun sisteminizi qiymətləndirmək və səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun