Tibbi xəbərlər
Məlhəm Beynəlxalq Hospital Parkinson Mərkəzi –
Tibbi xəbərlər
2981

Məlhəm Beynəlxalq Hospital Parkinson Mərkəzi – Peşəkar və fərdi yanaşma

Parkinson xəstələri üçün həyat keyfiyyətinin yüksəldilməsi

E-saglam.az xəbər verir ki, Məlhəm Beynəlxalq Hospital-da fəaliyyət göstərən Parkinson Mərkəzi, Parkinson xəstəliyi və digər hərəkət pozğunluqları ilə yaşayan xəstələr üçün xüsusi tibbi xidmət göstərir. Mərkəz, Uzm. Dr. Teyyub Həsənov rəhbərliyində, multidisipliner komanda və müasir texnologiyalar sayəsində xəstələrə fərdi yanaşma ilə müalicə və reabilitasiya imkanı yaradır.

Uzm. Dr. Teyyub Həsənov, Türkiyənin Mərmərə Universiteti məzunu, Azərbaycanda Parkinson cərrahiyyəsini həyata keçirən ilk həkim olaraq, neyrocərrahiyyə və nevrologiya sahəsində geniş bilik və təcrübəyə malikdir.

Mərkəzdə fəaliyyət göstərən həkimlər və ixtisaslar arasında:

• Neyrocərrah

• Nevroloq

• Fizioterapevt və reabilitasiya mütəxəssisi

• Kardioloq

• Psixoloq və Psixiatr

yer alır və xəstənin tibbi, fiziki və psixoloji ehtiyaclarını təmin edir. Bu yanaşma Parkinson xəstələrinin gündəlik həyat keyfiyyətini artırmaq və mümkün komplikasiyaları minimuma endirmək məqsədini daşıyır.

“Parkinson xəstələrinin müalicəsində əsas prioritetimiz onların həyat keyfiyyətini yüksəltməkdir. Multidisipliner komanda ilə hər xəstəyə fərdi yanaşma tətbiq edirik”
Uzm. Dr. Teyyub Hasanov, Məlhəm Beynəlxalq Hospital Parkinson Mərkəzinin rəhbəri

Müasir texnologiya və fərdi plan

Mərkəz qabaqcıl diaqnostika, intensiv reabilitasiya və fiziki terapiya imkanları ilə təchiz olunub. Hər xəstəyə yaşına, xəstəliyin mərhələsinə və tibbi ehtiyacına uyğun fərdi müalicə planı hazırlanır və izlənilir.

Məlhəm Beynəlxalq Hospital – Parkinson xəstələrinə etibarlı və tam dəstək verən peşəkar ünvan.

Məlhəm Beynəlxalq Hospital ilə əlaqə:

Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan

https://www.instagram.com/melhembeynelxalqhospital/

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə
Uzm.Dr. Teyyub Həsənov

Uzm.Dr. Teyyub Həsənov

Neyrocərrah - Beyin və sinir cərrahı

Təhsil

Dokuz Eylül Universiteti, Türkiyə – Tibbi fakültə (Sentyabr 2002 – İyun 2009)

Marmara Universiteti Tibb Fakültəsi, Beyin və Sinir Cərrahiyyəsi (İyun 2010 – İyun 2015)

Dissertasiya mövzusu: Kornea angiogenez modelində hipofiz adenomasının yuxarı kriteriyalarına görə Ki67 göstəricilərinin tətbiq imkanlarının öyrənilməsi / Eksperimental tədqiqat

İş təcrübəsi

Fatih Universitet Xəstəxanası – Beyin və Sinir Cərrahiyyəsi bölməsi (Müəllim) – 2015–2016

Bahçeşehir Universiteti Medical Park Göztepe və VM Medical Park Pendik Xəstəxanası – Beyin və Sinir Cərrahiyyəsi bölməsi (Dosent köməkçisi) – 2016–2021

Bona Dea Beynəlxalq Xəstəxanası – 2021–2023

Melhem Beynəlxalq Hospital – 2023–indiyədək

Neyrocərrahiyyə üzrə ixtisasartırma kursları

Kranial Cərrahiyyə Kadavr Kursu – Marmara Universiteti Neyroelm İnstitutu, İstanbul (20–21 sentyabr 2013)

VI Elmi əsaslı multidissiplinar Neyroonkoloji Simpozium – Point Barbaros Hotel, İstanbul (01–02 noyabr 2013)

Endoskopik Kəllə əsası cərrahiyyəsi Kadavr Kursu – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti (15–16 noyabr 2013)

Dünya Neyrocərrahiyyə Cəmiyyətləri Federasiyası Kadavr Kursu – İstanbul (İyun 2011)

Türkiyə Neyrocərrahiyyə Cəmiyyətinin Elmi Konqresləri – Belek, Antalya (2012–2013)

Əsas neyrocərrahiyyə təməl kursları – Çeşmə və Antalya (2016–2019)

Elmi fəaliyyət və nəşrlər

Beynəlxalq elmi jurnallarda və konfranslarda bir çox məqalə və təqdimatların müəllifidir, o cümlədən:

· Ozoner B., Güngör A., Hasanov T., Toktaş Z.O., Kılıç T. (2020). Neurosurgical practice during the COVID-19 pandemic. World Neurosurgery, 140, 198–207.

· Mikayilli M., Hasanov T., Otluoglu G.D. və b. (2020). Congenital lateral encephalocele – case report. Child’s Nervous System, 36(12), 3119–3122.

· Demir M.K., Yapıcıer Ö., Hasanov T., Kılıç T. (2018). Langerhans cell histiocytosis of the skull with low Ki-67 index in adults. Journal of Neuroradiology, 31(4), 390–394.

· Hasanov T., Toktaş Z. (2020). Onurğa travmaları. Təcili Tibbi Yardım Təlimatı. Güneş Tibb Nəşriyyatı.

Xülasə

Dr. Teyyub Həsənov beynin və sinir sisteminin xəstəlikləri üzrə yüksək ixtisaslı neyrocərrahdır. Türkiyədə təhsil almış, neyroonkologiya, kəllə əsası və onurğa cərrahiyyəsi sahələrində geniş təcrübəyə malikdir. Elmi fəaliyyəti beynəlxalq jurnallarda və konfranslarda tanınmışdır.

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun