Dermatoloqların sözlərinə görə, pullu dəmrov (psoriaz) xroniki, iltihablı dəri xəstəliyidir və immun sisteminin pozulması nəticəsində yaranır. Bu zaman dəridə hüceyrələr normadan daha sürətlə yenilənir və nəticədə qalın, quru, gümüşü rəngli qabıqlı ləkələr əmələ gəlir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər qeyd edir ki, xəstəliyin yaranmasına genetik meyillilik, stress, hormonal dəyişikliklər, dərmanların təsiri və infeksiyalar da səbəb ola bilər.
Müalicə əsasən xəstəliyin mərhələsindən asılı olaraq aparılır. Yüngül hallarda yerli kremlər və məlhəmlər kifayət edir, daha ağır hallarda isə fototerapiya və immun sisteminə təsir edən dərmanlar tətbiq olunur.
Həkimlər xəstələrə düzgün qidalanma, stressdən uzaq qalmaq və dərini daim nəm saxlamağı tövsiyə edirlər.
Tərcümə: Nəzrin Abbas