Bu gündən etibarən təsisçisi və Baş redaktoru Xəyalə Rəis olan XPRESS.AZ etibarlı xəbər platforması kimi fəaliyyətə başlayıb.
E-saglam.az xəbər verir ki, platforma artıq Media Reyestrində rəsmi qeydiyyatdan keçib.
Yeni xəbər resursunun əsas məqsədi oxuculara doğru, obyektiv və operativ məlumatları çatdırmaq, informasiya məkanında etibarlı mənbə kimi çıxış etməkdir. XPRESS.AZ komandası redaksiya prinsiplərinə, jurnalist etikasına və peşəkarlığa sadiq qalaraq fəaliyyət göstərəcək.
Platforma həm də yazmaq, fikir bildirmək və cəmiyyətə səs olmaq istəyən hər kəs üçün açıq olacaq.
Həmkarlarımıza fəaliyyətlərində uğurlar arzu edirik!