Faydalı
Hava təmizləyiciləri tənəffüs infeksiyalarının qarşısını almır –
Faydalı
116

Hava təmizləyiciləri tənəffüs infeksiyalarının qarşısını almır – alimlər xəbərdarlıq edir

Hələ mənziliniz üçün hava təmizləyici almamısınızsa, tələsməyin. İstehsalçılar bu cihazların virusların yayılma riskini azaltdığını iddia etsələr də, elm adamları bunun elmi əsasının olmadığını bildiriblər.

E-saglam.az xəbər verir ki, elm adamları 1970–2022-ci illər arasında aparılmış 32 elmi araşdırmanı təhlil ediblər. Nəticələr göstərib ki, hava təmizləyicilərinin istifadəsi tənəffüs yolu infeksiyalarının nə yayılma tezliyini, nə də şiddətini azaltmır.

Hava təmizləmə cihazları iki növə bölünür:

  • Filtrlər – havadakı hissəcikləri və virusları tutmaq üçün;

  • Dezinfeksiyaedici cihazlar – ultrabənövşəyi şüa və ya ozonla mikroorqanizmləri zərərsizləşdirmək üçün.

Lakin tədqiqatlar bu texnologiyaların praktiki olaraq xəstəliklərin qarşısını almadığını göstərir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun