Xəstəliklər
Dabanlarda görülən ciddi
Xəstəliklər
123

Dabanlarda görülən ciddi xəstəliklər

Endokrinoloq Yekaterina Yanq bəzi ciddi sağlamlıq vəziyyətinin dabanlarda özünü göstərə biləcəyini bildirib və bu məlumatı Teleqram kanalında paylaşıb.

E-saglam.az-ın məlumatına görə Yanq, quru, çatlamış dabanların hipotiroidizm (tiroid hormonu istehsalının azalması) əlaməti olduğunu ifadə edib. O, həmçinin xəbərdarlıq edibki, çatlar müxtəlif infeksiyalara qapı aça bilər və immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir. Mütəxəssis əlavə edib ki, analoji dəyişikliklər diabet xəstələrində də müşahidə olunur.

Yanq həmçinin izah qeyd edib ki, başqa bir təhlükəli simptom olan mavi dabanlar ürək-damar xəstəliklərində görünür, qaşınma isə böyrək problemlərini göstərir. Həkim bildirib ki, göbələk infeksiyaları və vitamin-mineral çatışmazlıqları da dabanlarda xarici dəyişikliklərə səbəb ola bilər.

Tərcümə:: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun