Qidalanma
Antibiotik istifadə edərkən qəhvə
Qidalanma
113

Antibiotik istifadə edərkən qəhvə içmək təhlükəlidirmi?

Yeni araşdırma göstərir ki, gündəlik qəhvə istehlakı bəzi antibiotiklərin təsirini azalda bilər. Beynəlxalq tədqiqat qrupu E. coli bakteriyasının kofeinə reaksiyasını öyrənib və nəticələr göstərib ki, kofein bəzi antibiotiklərin bakteriya hüceyrəsinə daxil olmasını zəiflədə bilər.

E-saglam.az xəbər verir ki, araşdırmada bu təsirin Rob adlı protein vasitəsilə baş verdiyi və “aşağı səviyyəli antibiotik müqaviməti”nin ortaya çıxdığı müəyyən edilib. Alimlər qeyd edirlər ki, bu, tam müqavimət deyil, amma bakteriyaların sağ qalma şansını artıra bilər.

Ekspertlər xatırladır ki, araşdırma yalnız laboratoriya şəraitində aparılıb və insanlarda eyni təsirin nə qədər olacağı hələ məlum deyil. Tədqiqat PLOS Biology jurnalında dərc olunub. 

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun