Kivi tərkibindəki lif və antioksidantlar sayəsində qan şəkərinin sabit qalmasına kömək edir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bu meyvənin həm diabet riski olan, həm də sağlam fərdlər üçün faydalı olduğunu bildirirlər.
Kivinin faydalarından bəzilərini sizə təqdim edirik:
-
İmmuniteti gücləndirir
Kivi C vitamini baxımından olduqca zəngindir. Bir ədəd kivi, gündəlik C vitamini tələbatının təxminən 100%-ni ödəyə bilər. Bu da orqanizmi viruslara və infeksiyalara qarşı qoruyur. -
Həzm sistemini yaxşılaşdırır
Liflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır və bağırsaqların fəaliyyətini tənzimləyir. -
Ürək-damar sağlamlığını qoruyur
Kivinin tərkibindəki kalium və antioksidantlar qan təzyiqini balansda saxlayır, pis xolesterini azaldır və ürək xəstəlikləri riskini azaldır. -
Dərinin sağlamlığını dəstəkləyir
C vitamini və antioksidantlar sayəsində dərinin elastikliyini artırır, qırışların qarşısını alır və parlaq görünüş verir. -
Yuxunu yaxşılaşdırır
Araşdırmalara görə, yatmazdan əvvəl kivi yemək yuxu keyfiyyətini artırır və yuxusuzluq problemini azaldır. -
Göz sağlamlığını qoruyur
Lutein və zeaksantin kimi bitki piqmentləri sayəsində göz torluğunu zərərli təsirlərdən qoruyur. -
Qan şəkərini tənzimləyir
Şəkəri az, lifi çox olduğundan, şəkər xəstələri üçün də münasib meyvə hesab olunur.
Tərcümə: Nəzrin Abbas