Tibbi xəbərlər
Ömrümüzü 81 dəqiqə qısaldan
Tibbi xəbərlər
81

Ömrümüzü 81 dəqiqə qısaldan 4 qida

Yediyimiz hər bir yemək ömrümüzə təsir edir. Miçiqan Universitetində aparılan yeni bir araşdırma isə bu təsiri dəqiqələrlə ölçüb və nəticələr şok doğurub. Məlum olub ki, bəzi məşhur qidalar həyatımızdan onlarla dəqiqə götürə bilir.

E-saglam.az xəbər verir ki, alimlərin hesablamasına görə, yalnız bir hot-doq yemək ömrünüzü 36 dəqiqə azalda bilər. Eyni şəkildə, emal olunmuş ətlər və süni dadlandırıcılar da bədənə mənfi təsir göstərir.

Ömrü qısaldan qidalar:

  • Hot-doq: -36 dəqiqə

  • Jambon və digər emal edilmiş ətlər: -24 dəqiqə

  • Aspartamlı içkilər: -12 dəqiqə

  • Çizburger: -9 dəqiqə

Pizza, makaron və pendir kimi digər işlənmiş məhsullar da mənfi siyahıya daxildir.

Ömrü uzadan qidalar:

  • Qızardılmış balıq: +10 dəqiqə

  • Emal edilmiş ətlərin bir hissəsini meyvə-tərəvəzlə əvəzləmək: +48 dəqiqəyə qədər

Mütəxəssislərin fikrincə, ən böyük zərəri konservantlar, boyalar, əlavə şəkər və yağlarla dolu ultra emal olunmuş qidalar verir. Bunlara dondurulmuş pizzalar, şəkərli dənli bitkilər və sənaye üsulu ilə hazırlanmış şirniyyatlar daxildir.

Aspartam təhlükəsi

Araşdırma xüsusilə “pəhriz” və ya “şəkərsiz” içkilərdə geniş istifadə edilən aspartama diqqət çəkir. Bu dadlandırıcının müntəzəm qəbulu həm ömrü qısaldır, həm də narahatlıq və 2-ci tip diabet riskini artırır.

Alimlər qeyd edirlər ki, bu qidaları tamamilə qadağan etmək lazım deyil. Əsas məsələ onların təsirini bilmək, istehlak tezliyini azaltmaq və rasionda balıq, meyvə və tərəvəz kimi faydalı məhsullara daha çox yer verməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun