Xroniki qastrit, daha sonra isə mədə xərçənginin yaranmasında əsas risk faktoru Helicobacter pylori bakteriyasıdır.
E-saglam.az xəbər verir ki, bu barədə Qazan Federal Universitetinin Fundamental Tibb və Biologiya İnstitutunun Daxili Xəstəliklər kafedrasının müdiri, qastroenteroloq Sayyar Abdulxakov aif.ru-a müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, 1994-cü ildə Helicobacter pylori rəsmi olaraq tip 1 kanserogen kimi tanınıb. “Mikroorqanizmin ən kiçik miqdarı belə təhlükəli ola bilər”, - deyə o qeyd edib.
Abdulxakov bildirib ki, infeksiya çox vaxt uşaqlıqda valideynlərin gündəlik məişət vərdişləri nəticəsində ötürülür. Məsələn, ana yeməyin dadına uşaqla eyni qaşıqla baxanda və ya əmziyi yalayanda bu bakteriya uşağa keçə bilər. Həkimin sözlərinə görə, bakteriya mədədə uzun müddət qaldıqda iltihaba, yəni qastritə səbəb olur və zamanla xərçəngin inkişaf riskini artırır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az