Gözəllik-dəb
Qaşlar niyə tökülür?
Gözəllik-dəb
68

Qaşlar niyə tökülür? Mütəxəssis məsləhətləri

Gözlər ruhun güzgüsü, qaşlar isə onun ən gözəl çərçivəsi hesab olunur. Lakin zaman keçdikcə bu çərçivə dəyişə bilər: tüklər seyrəkləşir və ya əksinə, qalınlaşır. Bu təbii proses bir çox narahatlıq doğursa da, səbəbləri anlamaq və düzgün qulluqla qarşısını almaq mümkündür.

E-saglam.az salon prosedurlarına ehtiyac olmadan qaşlara canlılıq qazandırmağın yollarını açıqlayır:

Qaşların incəlməsinin səbəbləri:

Yaşlandıqca hormon səviyyəsinin azalması saç follikullarının zəifləməsinə gətirib çıxarır və qaşlar seyrəkləşir. Həmçinin, uzunmüddətli qoparma və bəzi kosmetik kremlərin məsamələri tıxaması böyümə prosesini ləngidə bilər.

Qaşların qalınlaşmasının səbəbləri:

Bəzi insanlarda isə əksinə, yaş artdıqca tüklərin böyüməsi sürətlənir. Bu hal xüsusilə kişilərdə müşahidə olunur: qaşlar daha qalın olur, eyni zamanda qulaq və burun nahiyəsində də tüklənmə artır.

Həkimə müraciət üçün səbəblər:

Qaşların yavaş-yavaş seyrəkləşməsi təbii sayılır. Lakin 1–2 ay ərzində sürətli incəlmə hipotiroidizm, alopesiya və ya vitamin çatışmazlığı kimi xəstəliklərin əlaməti ola bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.

Evdə qulluq üçün nələr etmək lazımdır?

  • Qaşları tez-tez qoparmaqdan çəkinin.

  • Gənəgər yağı və peptid əsaslı serumlarla mütəmadi qulluq edin.

  • Qaşlara yüngül masaj edin, qan dövranını artırın.

  • Rasionunuza dəmir, sink və B vitaminləri əlavə edin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun