Gözəllik-dəb
Dərimizi makiyajdan təmizləmədən yatsaq nə baş verər?
Gözəllik-dəb
23

Dərimizi makiyajdan təmizləmədən yatsaq nə baş verər?

Üzümüzü makiyajdan təmizləmədən yatmaq bir çox dəri problemlərinə səbəb ola bilər.

E-saglam.az həmin ciddi nəticələri sizə təqdim edir: 

  • Gözenəklərin tutulması – makiyaj qalıqları, gün ərzində toplanan kir və yağ dəriyə hopur, nəticədə qara nöqtələr və sızanaqlar yaranır.

  • Dərinin nəfəs ala bilməməsi – dəri gecə özünü yeniləyə bilmir, bu isə solğun və yorğun görünüşə gətirib çıxarır.

  • Tez qocalma əlamətləri – makiyaj qalıqları sərbəst radikalların təsirini artırır, bu da qırışların daha tez yaranmasına səbəb ola bilər.

  • Göz problemləri – tuş və layneri silmədən yatmaq kirpiklərin tökülməsinə, göz qapaqlarının şişməsinə və hətta göz infeksiyalarına yol aça bilər.

  • Dərinin quruması – tonal krem və pudra gecə boyunca dəridə qalaraq nəmlik balansını pozur.

 Makiyajla yatmaq dəriyə həm kosmetik, həm də sağlamlıq baxımından ciddi ziyan vurur. Ona görə də hər axşam, nə qədər yorğun olsaq da, üzü makiyajdan və kirdən təmizləmək vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun