Gözəllik-dəb
Makiyajınızı gün boyu qoruyacaq
Gözəllik-dəb
15

Makiyajınızı gün boyu qoruyacaq 5 effektiv fənd

Görüş zamanı diqqət çəkən ilk detal gözlərdir. Buna görə də qadınlar göz kölgəsi, maska və qələmi diqqətlə seçirlər. Ancaq çoxlarına tanış problem var: səhər edilən göz makiyajı axşama qədər qırışlarda toplanır, əriyir və ya silinir. Həll isə sadədir – davamlı makiyaj düzgün texnika və vasitələrlə mümkündür.

E-saglam.az sizə makiyaji gün boyu qorumağın yollarlını təqdim edir:

Dözümlülüyün əsas texnikaları:
Göz makiyajının uzunömürlü olması yalnız məhsuldan deyil, tətbiq üsulundan da asılıdır. Baza, düzgün texnika və fiksasiya məhsulları gözəlliyinizi gün boyu qorumağa kömək edir.

Ən vacib vasitələr və rolu:

  • Baza (primer): Göz kölgəsini sabitləyir, amma həddindən artıq tətbiq dərini qura bilər.

  • Krem kölgə: Gün ərzində daha yaxşı qalır, lakin bəzən yığılma edə bilər.

  • Suya davamlı maska: Axmır, lakin kirpikləri quruda bilər və xüsusi təmizləyici tələb edir.

  • Eyeliner: Uzunmüddətli və parlaq xətt yaradır, amma bacarıq tələb edir.

  • Fiksasiya spreyi: Makiyajı möhkəmləndirir, lakin həssas gözlər üçün uyğun olmaya bilər.

Həyat hackləri:

  • Makiyajdan əvvəl göz qapaqlarını təmiz və quru saxlayın.

  • Primer istifadə edin ki, kölgə qırışlarda toplanmasın.

  • Kölgəni sürtmək yox, yüngül çəkic hərəkətlərlə təbəqə-təbəqə tətbiq edin.

  • Eyeliner-in üstündən oxşar rəngdə kölgə çəkin – bu, onu uzunmüddətli edir.

  • Son toxunuş olaraq şəffaf pudra və ya fiksasiya spreyi istifadə edin.

Ən çox edilən səhvlər:

  • Göz kreminin üzərinə kölgə tətbiq etmək → piqment tez silinir.

  • Maskaranı çox qat vurmaq → kirpiklər yapışır, maska tökülür.

  • Qələmi fiksasiyasız çəkmək → günortadan sonra xətlər yayılır.


Uzunmüddətli göz makiyajı möcüzə deyil – sadəcə baza, düzgün tətbiq texnikası və səriştəli fiksasiya ilə mümkündür. Bir neçə sadə qayda gün boyu təravətli görünüşünüzü qorumağa kifayətdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun