Faydalı
Ən zərərli yuxu pozası adlandırıldı -
Faydalı
77

Ən zərərli yuxu pozası adlandırıldı - DİQQƏTLİ OLUN

Terapevt Lyudmila Lapa yuxu pozalarının insan sağlamlığına təsiri barədə danışıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən təhlükəli yuxu pozası üzüstə yatmaqdır, çünki bu zaman bel ağrıları yarana bilər. Ən sağlam mövqe isə arxa üstə, başı geriyə atmadan və boyun-omurğa gərgin olmadan yatmaqdır.

Lapa bildirib ki, arxa üstə uzanıb başı yana çevirməklə yatmaq da təhlükəlidir, çünki bu vəziyyətdə onurğa arteriyası sıxılır və beyin kifayət qədər oksigenlə təmin olunmur. Nəticədə səhər baş ağrıları müşahidə edilə bilər.

Həkim əlavə edib ki, xoruldama halı da diqqətdən kənarda qalmamalıdır, çünki bu, çox vaxt iltihabla əlaqəli birləşdirici toxuma zəifliyindən qaynaqlanır və tibbi müayinə tələb edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun