Psixologiya
Psixoloq: Şizofreniyanın ilkin əlamətləri davranış dəyişikliklərində
Psixologiya
74

Psixoloq: Şizofreniyanın ilkin əlamətləri davranış dəyişikliklərində özünü göstərir

İnsanda şizofreniyanın başlanmasını bir neçə ilkin əlamətə görə təxmin etmək olar.

E-saglam.az xəbər verir ki, bunu psixoloq Estrella Qonsales Hola nəşrinə müsahibəsində bildirib. 

Qonsalesin sözlərinə görə, şizofreniyanın erkən mərhələsində davranış dəyişiklikləri müşahidə olunur. Məsələn, insanın özünü təcrid etməsi, emosiyaların itməsi, gündəlik işlərə və öhdəliklərə, o cümlədən şəxsi gigiyenaya laqeyd yanaşması bu vəziyyətin göstəricisi ola bilər.

Mütəxəssis əlavə edib ki, xəstəlik həmçinin qarışıq düşüncə, “sehrli düşüncə”, əsəbilik və narahatlıqla müşayiət oluna bilər. Daha sonrakı mərhələlərdə isə hallusinasiya və sayıqlama kimi açıq simptomlar üzə çıxır. Qonsales şizofreniyanın inkişaf riskini artıran amillər arasında genetik meyilliliyi, psixososial stressi, psixoaktiv maddələrdən sui-istifadəni və travmatik hadisələri qeyd edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun