Qidalanma
Ən sağlam çörək hansıdır? -
Qidalanma
19

Ən sağlam çörək hansıdır? - Mütəxəssislər açıqladı

Sağlam qidalanmaq istəyənlərin çox vaxt seçimi tam buğda, çovdar və ya qarabaşaq çörəyi olur.

E-saglam.az xəbər verir ki, son araşdırmalar isə ən sağlam seçim olaraq tam buğda çörəyini önə çıxarır.

Diyetoloqlar bildirirlər ki, tam buğda çörəyi yüksək lif tərkibi ilə uzun müddət toxluq hissi yaradır, həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Bundan başqa, B vitaminləri, dəmir və minerallarla zəngin olduğu üçün həm enerji verir, həm də ürək sağlamlığını dəstəkləyir.

Mütəxəssislər çörəyin ölçülü istehlak edilməsini tövsiyə edir. Gündə orta hesabla 2-3 dilim kifayət sayılır. Həmçinin hazır qablaşdırılmış məhsullar əvəzinə təbii və təzə bişmiş çörəyin seçilməsi tövsiyə olunur.

Ekspertlər vurğulayırlar ki, doğru çörək seçimi balanslı qidalanmanın əsas hissəsidir və bu baxımdan tam buğda çörəyi “ən sağlam çörək” kimi dəyərləndirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun