Sağlamlıq
Enerji içkilərinin gizli təhlükəsi-
Sağlamlıq
16

Enerji içkilərinin gizli təhlükəsi- Öldürə bilər!

Enerji içkiləri gənclər arasında populyar olsa da, mütəxəssislər onların sağlamlıq risklərinə diqqət çəkirlər.

E-saglam.az xəbər verir ki, enerji içkilərinin tərkibində yüksək miqdarda kofein və şəkər olduğundan, onlar müvəqqəti olaraq oyaqlıq və enerji artımı yaradır. Lakin eyni zamanda huzursuzluq, təşviqat, fokuslanma çətinliyi, baş ağrısı, yüksək nəbz və təzyiq, həzm pozuntuları və allergik reaksiyalar kimi xoşagəlməz nəticələrə səbəb ola bilər. Nadir hallarda isə ürək və əzələ zədəsi, hətta ölüm riski də mövcuddur.

Kofein, şəkər, karbon qazı, turşular, vitamin və minerallar bu içkilərdə ən çox rast gəlinən maddələrdir. Bəzi hallarda onların tərkibində ağır metallar da aşkar edilib.

Səhiyyə işçiləri xüsusilə uşaqlara, yaşlılara, psixiatrik və xroniki xəstəlikləri olan şəxslərə enerji içkilərindən uzaq durmağı tövsiyə edirlər.

Enerji içkiləri yalnız qısamüddətli enerji artımı versə də, sağlamlıq üçün ciddi təhlükələr yaradır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun