Faydalı
Limonlu, yoxsa sirkəli su:
Faydalı
289

Limonlu, yoxsa sirkəli su: hansı daha faydalıdır?

Bir çox insan səhərlər sağlam həyata başlamaq üçün limonlu su və ya sirkəli su içməyə üstünlük verir. Ancaq bu iki məşhur içkini müqayisə edən Prof. Dr. Osman Müftüoğlunun fikirləri bir çoxlarının gözləntilərini dəyişə bilər.

E-saglam.az xəbər verir ki, Müftüoğlu bildirib ki, limonlu su ilə sirkəli su arasında ciddi bir fərq yoxdur. Əslində əsas olan sadəcə sudur. Yəni, bu içkilərdən hansını seçməyinizdən daha vacibi, su içmə vərdişini davam etdirməkdir.

Müftüoğlunun dediyinə görə, bəzən insanlar bu içkilərin təsirini şişirdir, halbuki səhər sadəcə bir stəkan su içmək belə bədən üçün faydalı ola bilər.

O, şəxsi təcrübəsinə əsaslanaraq limonlu suya üstünlük verdiyini deyib. Çünki alma sirkəsi bəzi insanlar, xüsusilə mədəsində həssaslıq olanlar üçün narahatlıq yarada bilər.

Limonlu su içmək bədənin nəmlənməsinə kömək edir, C vitamini ilə immuniteti gücləndirir və dərini qoruyur. Sirkəli su isə düzgün istifadə olunduqda maddələr mübadiləsinə dəstək verə, qan şəkərini tarazlaya bilər.

Ancaq vacib bir məqam var: alma sirkəsi turşulu olduğundan acqarına çox miqdarda içilməsi mədə üçün zərərli ola bilər. Bu səbəbdən onu su ilə qarışdıraraq içmək tövsiyə olunur.

Sonda isə Müftüoğlu bir daha vurğulayır: əgər sağlam həyata başlamaq istəyirsinizsə, seçim limonmu, sirkədirmi deyə çox da düşünməyin. Sadəcə su için və bu vərdişi davamlı edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun