Mütəxəssislər xəbərdarlıq edirlər ki, baş ağrısının səbəbini araşdırmadan davamlı ağrıkəsici qəbul etmək ciddi sağlamlıq problemlərinə yol aça bilər.
E-saglam.az xəbər verir ki, nevroloqların sözlərinə görə, baş ağrılarının bir hissəsi şiş, damar patologiyası, travma və ya infeksiya kimi ciddi xəstəliklərlə bağlı ola bilər. Buna görə tez-tez təkrarlanan ağrılar diqqətdən kənarda qalmamalıdır.
Həkimlər xüsusilə ağrıkəsicilərin uzun müddət və nəzarətsiz istifadəsinin “dərman mənşəli baş ağrısı” yaratdığını bildirirlər. Bu zaman dərmanların təsiri azalır, insan daha çox həb qəbul etməyə başlayır və problem xronikləşir.
Mütəxəssislər qeyd edirlər ki, qəfil başlayan, çox güclü, “baş vuran” tipli ağrılar təhlükəli siqnal ola bilər. Belə hallarda özünümüalicə əvəzinə təcili tibbi müayinə vacibdir.
Həkimlər davamlı və ya təkrarlanan baş ağrıları zamanı səbəbin müəyyənləşdirilməsi üçün nevroloqa müraciət etməyi tövsiyə edirlər.
Tərcümə: Könül Oruc