Qidalanma
Nəfəskəsən istilərə təbii çarə:
Qidalanma
115

Nəfəskəsən istilərə təbii çarə: 4 tərkibli sərinlədən qarışıq

Son günlərdə mövsüm normasını aşan isti hava şəraitində vətəndaşlar sərinlədici içkilərə üstünlük verirlər. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, süni tərkibli içkilər əvəzinə təbii qarışıqlara üstünlük verilməlidir.

E-saglam.az xəbər verir ki, dərman və aromatik bitkilər üzrə mütəxəssis Ayşen Çebiç, limon, ərik, cəfəri və mineral sudan ibarət sərinləşdirici qarışığı tövsiyə edib. O bildirib ki, bu içki həm sümükləri gücləndirir, həm də həzm sistemini dəstəkləyir, tənəffüsü rahatlaşdırırbədəni təravətləndirir.

Qarışığın hazırlanması çox sadədir:

Bir stəkana mineral su, üzərinə doğranmış ərik, bir az limon suyu, qarnir olaraq isə cəfəri əlavə olunur. İstəyə görə çiyələk, nanə, həmçinin zəncəfil, zərdəçal və darçın tozu da qarışıma daxil edilə bilər.

Ayşen Çebiç qeyd edir ki, bu içki adi qazlı içkilərdən fərqli olaraq təbii tərkibli olduğu üçün mədəyə zərər vermir, əksinə rahatlıq yaradır, yuxu və nəfəs problemlərinə müsbət təsir edir. Xüsusilə yaşlılar üçün faydalı olan bu qarışıq qan təzyiqi, ürək-damar sağlamlığışəkər üçün də dəstəkləyici təsirə malikdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun