Qidalanma
Nə qədər yesən də, arıq qalacaqsan!
Qidalanma

Nə qədər yesən də, arıq qalacaqsan! Həm qidalandırıcı, həm də kalorisi azdır

E-saglam.az xəbər verir ki, paxlalılar, xüsusilə qara lobya, yüksək lif tərkibi ilə toxluq hissi yaradır və arıqlamağa kömək edir.

Popkorn az kalorili və doyurucu bir qəlyanaltıdır. Tam taxıl olması həzm sisteminə də müsbət təsir edir.

Bulyon (təbii) əsaslı şorbalar mədəni genişləndirərək daha az kalori qəbul etməyə kömək edir.

Edamame yüksək protein və omeqa-3 tərkibli olduğundan uzun müddət tox saxlayır və sağlam qidalanmanı dəstəkləyir.

Acı bibər (kayen bibəri) maddələr mübadiləsini sürətləndirərək bədənin daha çox kalori yandırmasına səbəb olur.

Yumurta səhər yeməyində istehlak edildikdə uzun müddət tox saxlayır və gün ərzində daha az yeməyə kömək edir.

Çia toxumu yüksək lif tərkibi ilə bağırsaq sağlamlığını dəstəkləyir və yağ yandırılmasını təşviq edir.

Avokado tərkibindəki sağlam yağlar və liflər sayəsində iştahı azaldır və doyum hissini artırır.

Zəncəfil aclıq hissini azaldır, maddələr mübadiləsini sürətləndirir və qan şəkərini balanslaşdırır.

Kərəviz su və liflə zəngindir, kalori miqdarı isə çox aşağıdır, bu da onu mükəmməl bir pəhriz qidasına çevirir.

Armud yüksək lif tərkibi ilə toxluq hissini artırır və həzmi dəstəkləyir.

Saqqız çeynəmək iştahı nəzarətdə saxlamağa kömək edir və qəlyanaltı ehtiyacını azaldır.

Bu qidaları rasionunuza əlavə edərək sağlam və balanslı şəkildə arıqlaya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun