
Formada qalmaq və sağlam yaşamaq istəyən bir çox insan şəkərli içkilər, enerji içkiləri və ya qəhvə kimi gündəlik vərdişlərin sağlamlıqlarına təsirini şübhə altına alır. Ancaq bir onkoloq diyetoloqun diqqəti cəlb edən xəbərdarlığı bir daha gündəmə gətirdi ki, əsl gözdən qaçan təhlükə spirtdir.

E-saglam.az xəbər verir ki, Xərçəng Araşdırmaları Böyük Britaniya və bir çox elmi təşkilatlar da bu fikri dəstəkləyir. Alkoqol ən azı yeddi fərqli xərçəng növü, xüsusilə döş, qaraciyər, ağız və boğaz və bağırsaq xərçəngi ilə əlaqələndirilir.
Üstəlik, bu risk təkcə həddindən artıq istehlakda deyil, hətta normada da keçərlidir, çünki spirt bədəndə parçalandıqda DNT-ni zədələyə bilən asetaldehid kimi maddələrə çevrilir.
Mütəxəssislərin fikrincə, kişilər və qadınlar alkoqol istehlakını məhdudlaşdırmalı, heç olmazsa hər həftə bir neçə gün spirtsiz getmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc