Tibbi xəbərlər
Nazirdən şok açıqlama:
Tibbi xəbərlər
103

Nazirdən şok açıqlama: "Əməliyyatı mətbəxdə edib"

Ülviyyə İlyasova həmin şəxsi evinin mətbəxində əməliyyat edibmiş

"Sara Qəhrəmanovanın qızını plastik əməliyyat edən şəxs onu öz evinin mətbəxində əməliyyat edib".

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.

“Məlum olduğu kimi, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya daxil olan Baş Prokurorluq, Elm və Təhsil nazirliyi və DİN əməkdaşları olub. Həmin komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm. 

Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz  tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırlıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb- istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”, - deyə nazir bildirib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun