Davamlı qan təzyiqi, zəif saçlar, kəpək əmələ gəlməsi və bir çox başqa problemlərə çarə axtarırsınızsa, ürək dostu nar çəyirdəyi yağı probleminizi həll edəcək.
E-saglam.az nar çəyirdəyi yağının faydalarını təqdim edir:
- Xərçəngdən qoruyan təsirə malikdir: Nar çəyirdəyi yağının tərkibindəki antioksidantlar hüceyrələrin zədələnməsini bərpa edir. Hüceyrələrin zədələnməsi DNT zədələndikdə baş verir və hüceyrələrin zədələnməsi bu şəfalı meyvənin toxumunun yağı ilə müalicə edilə bilər. Beləliklə, müxtəlif növ xərçəng riski azalır. Xüsusilə döş xərçəngi, leykemiya, qan xərçəngi, şiş əmələ gəlməsi, prostat və kolon xərçənginə qarşı faydalıdır. Eyni zamanda, siçanlar üzərində aparılan araşdırmaya görə, günəş şüalarından qorunma nəticəsində dəri xərçənginə qarşı qoruma təmin etdiyi qənaətinə gəlinib.
- Ürəyi qoruyur: Tərkibindəki fitokimyəvi maddələr orqanizmdə xolesterin səviyyəsini normallaşdırır. Beləliklə, infarkt və ürək xəstəliklərinin dərəcəsi də azalır. Nar çəyirdəyi yağının faydalarından biri də ürəyin qorunmasıdır.
- İmmunitet sistemini gücləndirir və hormonal tarazlığı təmin edir: Tərkibindəki B və C vitaminləri və minerallar sayəsində immunitet sistemi güclənir və xəstəliklərə tutulma sürəti azalır. Hormonal balansı təmin edir.
- Arıqlamaq istəyirsən?: Tərkibindəki flavonoidlər sayəsində bədəndə yağ yığılmasının qarşısını alır. O, həmçinin xolesterolu azaltmağa kömək edir. Nəticədə arıqlamaq daha asan olur.
- Əzələ ağrılarına qarşı qorunma təmin edir: Tərkibindəki punisin turşusu kimi turşular əzələ ağrılarını yüngülləşdirir və bədəndə iltihabın qarşısını alır. Bədən daha elastik olur.
- Dəri xəstəliklərinə qarşı yaxşıdır: Əgər sedef və ekzema kimi dəri xəstəlikləriniz varsa, bu şəfalı yağdan faydalana bilərsiniz. Bundan əlavə, nar çəyirdəyi yağının günəş yanıqlarına faydası da vardır. Dəridəki kəsikləri sağaltmağa və sızanaqları aradan qaldırmağa kömək edir.
- Gözəl və güclü saçlar: Punisin turşusu sayəsində güclü, parlaq və baxımlı saçlara sahib olmaq mümkündür. Bundan əlavə, nar çəyirdəyi yağının tərkibindəki yüksək antioksidan və vitamin sayəsində baş dərisində qan dövranı artır, qan damarları güclənir və saçların sağlam uzanması təşviq edilir. Tərkibindəki C vitamini ilə saç böyüməsi üçün yaxşı bir qaynaqdır.
Nar çəyirdəyi yağı kimlərə olmaz?
Hamiləlik dövründə heç vaxt istifadə edilməməlidir, çünki hormonal balansı dəyişdirir.
Tərcümə: Könül Oruc