Yandex watch
Naməlum şəxslər tərəfindən uşaqlara verilən saqqız

Buryatiya Respublikasının Muxorşibirski rayonunda yerləşən Kalinovka kəndindən olan iki altı yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Emlakbazari.az

E-saglam.az-ın məlumatına görə, uşaqlardan birinin anası onun həddindən artıq yuxulu olduğunu müşahidə edərək tibbi yardım üçün müraciət edib.

Tibb məntəqəsinin əməkdaşı bildirib ki, uşağın böyük qardaşı həmin gün iki naməlum şəxsin qaranlıq bir avtomobildə onların yanından keçərkən onlara saqqız verdiyini deyib. Həkimlərin qərarı ilə birinci uşaqla yanaşı, ikinci azyaşlı da müayinə olunacaq.

Muxorşibirski Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tatyana Kuçinskaya aprelin 14-də verdiyi açıqlamada bildirib ki, hər iki uşağın vəziyyəti zəifdir. Onlara əlavə tibbi müayinələr və pediatr nəzarəti təyin olunub.

Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları hadisənin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az