Qidalanma
Mütəxəssislər hər səhər zeytun yağı içsəniz
Qidalanma
296

Mütəxəssislər hər səhər zeytun yağı içsəniz nələrin olacağını açıqlayıb

Sızma zeytun yağı sağlamlığınız üçün yaxşıdır. Mütəxəssislər onu müntəzəm olaraq səhərlər içməyin faydalarını izah ediblər.

E-saglam.az xəbər verir ki, əvvəlcə ac qarına bir qaşıq zeytun yağı həzmi stimullaşdırmağa kömək edir. Yüngül laksatif təsir göstərir, qəbizliyi aradan qaldırmağa və nəcisin yumşalmasına kömək edir. Bu, bu məhsulun bağırsaq bakteriyalarının böyüməsini dəstəkləyən və bağırsaq peristaltikasını stimullaşdıran doymamış yağ turşuları ilə zəngin olması ilə bağlıdır.

İkincisi, zeytun yağı qaraciyəri qoruyur. Toksinlərin səbəb olduğu qaraciyərin oksidləşdirici stressini tarazlaya bilər və beləliklə, orqan hüceyrələrini qoruya bilər.

Üçüncüsü, yağın tərkibindəki olein turşuları ürəyi qoruyur, xolesterinin səviyyəsini azaldır və qan damarlarının elastikliyini qoruyur.

Nəhayət, məhsul dırnaqları və saçları gücləndirən biotinlə zəngindir. Təsiri həm zeytun yağını daxilə qəbul etdikdə, həm də xaricdən istifadə etdikdə hiss olunacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun