Psixologiya
Mütəxəssislər evliliyin sağlamlıq üçün heyrətamiz
Psixologiya
92

Mütəxəssislər evliliyin sağlamlıq üçün heyrətamiz faydalarını açıqlayıblar

Nature Human Behaviour jurnalında dərc edilən təhlilə görə, subay insanlar evli insanlara nisbətən depressiya əlamətlərini 80% daha çox hiss edə bilər. Üstəlik, kişilərdə və təhsil səviyyəsi yüksək olan insanlarda risk daha yüksəkdir.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar evli və subay insanlar arasında depressiv simptomların inkişaf riskini araşdırmaq üçün yeddi ölkədən - ABŞ, Böyük Britaniya, Meksika, İrlandiya, Cənubi Koreya, Çin və İndoneziyadan olan 106 556 iştirakçının məlumatlarını təhlil ediblər. Onlar evli olmayanların depressiya əlamətlərinin inkişaf riskinin 79% artdığını aşkar etdilər.

Maraqlıdır ki, boşanmış insanlarda depressiya əlamətləri 99%, dul qadınlar isə evli insanlardan 64% daha çox idi.

Müəlliflər evli cütlüklər arasında depressiya səviyyəsinin aşağı olmasının ailə daxilində sosial dəstək mübadiləsi, iqtisadi resurslara daha yaxşı çıxış və bir-birinin rifahına müsbət təsir göstərməsi ilə bağlı olduğunu irəli sürdülər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun