Yandex watch
Mütəxəssisdən enerji içkisi xəbərdarlığı!

Mütəxəssislər enerji içkilərinin xüsusilə gənclər arasında geniş yayılmasının ürək və sinir sisteminə ciddi zərər verdiyini bildiriblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kardiologiya mütəxəssisi Prof. Dr. Mustafa Tuncer bu içkilərin stimullaşdırıcı təsirə malik maddələr ehtiva etdiyini və adi qida kimi qəbul edilməməli olduğunu vurğulayıb.

Həddindən artıq istehlak yorğunluq, ürək döyüntüsü, yüksək təzyiq və hətta ritm pozğunluqlarına səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı enerji içkilərinin həddindən artıq istehlakını sağlamlıq üçün təhlükəli hesab edir.

Türkiyədə 18 yaşından kiçiklərə bu içkilərin satışı qadağan edilsə də, nəzarət yetərli deyil.

Tuncer son dövrlərdə ürək ritm pozğunluqları ilə poliklinikalara müraciətlərin artdığını bildirib.

O, gündəlik qəhvə istehlakının da nəzarətdə saxlanmasının vacib olduğunu qeyd edib.

Nevrologiya mütəxəssisi Dr. Ersin Deneri isə enerji içkilərinin tərkibindəki kofeinin sinir sisteminə mənfi təsir göstərdiyini deyib. Həddindən artıq istehlak yuxusuzluq, əsəbilik və hormonal pozğunluqlara səbəb ola bilər. Bir fincan qəhvədə 4-12 milliqram kofein olduğu halda, enerji içkilərində bu miqdar 80-90 milliqrama qədər yüksəlir.

Gənclərin bu içkilərdən uzaq durması üçün ailələr və satıcılar daha diqqətli olmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az