
Seçenov Sklifosovski adına Kliniki Tibb İnstitutunun N.V.Seçenov adına Tibbi Genetika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Vladimir Quşçin ruslara sağlam genlərin qorunması ilə bağlı məsləhətlər verib.

E-saglam.az xəbər verir ki, “İzvestiya”ya müsahibəsində o, düzgün qidalanma, əqli və fiziki fəaliyyət, vaxtında peyvəndin DNT strukturunun zədələnməsinin qarşısını almağa kömək edəcəyini bildirib.
"Həmçinin həyatda tarazlıq və harmoniya olmalıdır, həyata yüksək marağı qorumaq, ətraf mühitin mutagen mənbələri ilə daha az təmasda olmağa çalışmaq lazımdır, məsələn, ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma. Onda sağlamlıq, o cümlədən genetik sağlamlıq ömür boyu davam edəcək", - deyə Quşçin əmin etdi.
Mütəxəssisin fikrincə, gələcək valideynlər genlərin sağlamlığı haqqında düşünməlidirlər. Üstəlik, bir uşağın planlaşdırma mərhələsində belə bunu etməyə dəyər. Tərəfdaşlardan biri irsi xəstəlikdən əziyyət çəkirsə və ya "yanlış" genin daşıyıcısıdırsa, hamiləlikdən əvvəl bir genetikçiyə baş çəkməyə, həmçinin prenatal və neonatal diaqnostikadan keçməyə dəyər.
Tərcümə: Könül Oruc