Qışın sevimli ləzzəti olan şabalıd yalnız dadı ilə deyil, sağlamlığa olan faydaları ilə də ön plana çıxır.
E-saglam.az xəbər verir ki, Çankırı Karatekin Universitetinin Qida Mühəndisliyi bölməsinin müəllimi dos. Dr. Hüdayi Ercoşkun şabalıdı "qış möcüzəsi" adlandıraraq, onun yüksək C vitamini ilə qrip və soyuqdəymədən qoruduğunu, bədəni soyuq havalara qarşı gücləndirdiyini və enerji verdiyini bildirib.
Sağlamlığın qorunmasında şabalıdın rolu
Ercoşkun şabalıdın immuniteti gücləndirdiyini və bədəni isindirdiyini vurğulayıb. O, bu möcüzəvi qidanın həzm sistemi üçün də faydalı olduğunu qeyd edib:
- 100 qram şabalıd 176 kalori ehtiva edir.
- Kalium baxımından zəngin olan bu meyvə (486 mq) əzələ funksiyalarını dəstəkləyir.
- Yüksək lif tərkibi (3,32 q) həzm sisteminə müsbət təsir göstərir və hərəkətsizlikdən qaynaqlanan problemlərin qarşısını alır.
Şabalıdı necə istehlak etməli?
Təbii üsullarla hazırlanan şabalıd həm enerji verir, həm də soyuq havanın təsirlərini azaldır. Mütəxəssis onu kabab və ya qaynadılmış formada istehlak etməyi tövsiyə edir. "Həftədə bir neçə dəfə şabalıd yemək sizi daha enerjili hiss etdirəcək," - deyə Ercoşkun əlavə edib.
Evdə şabalıd kababı resepti
Soyuq qış günlərində evdə ləzzətli şabalıd kababı hazırlamaq üçün sadə bir resept:
- 500 qram şabalıd
- İti bıçaq
- Tava və ya soba qabı
Hazırlanma qaydası:
Şabalıdları kəsin
Yuvarlaq səthdə üfüqi bir cızıq açın.
Bu, bişirilmə zamanı qabığın asanlıqla soyulmasına kömək edəcək.
İslatma: Şabalıdları 15-20 dəqiqə ilıq suda saxlayın. Bu, onları daha yumşaq edir və qabıqlarını asanlıqla soymağa şərait yaradır.
Bişirmə formaları:
Tavada: Şabalıdları qalın dibli tavaya qoyun və orta istilikdə 15-20 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin.
Sobada: 200 dərəcədə qızdırılmış sobada şabalıdları 20-25 dəqiqə bişirin. Çizilmələrin tam açıldığına əmin olun.
Könül Oruc